AZ

2026-cı ildə fiziki şəxslərin gəlir vergisindən daxilolmalar 19,6 faiz artacaq

Bakı. Trend:

2026-cı ildə fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar2379,3 milyon manat nəzərdə tutulur ki, bu
da cari ilin proqnozu ilə müqayisədə 390,3 milyon manat və ya 19,6faiz, 2024-cü ilin icrası ilə
müqayisədə 540,1 milyon manat və ya 29,4 faiz çoxdur.

Trend-inməlumatına görə, bu məsələ “Azərbaycan Respublikasının 2026-cı ildövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Fiziki şəxslərin gəlir vergisi üzrə proqnozlaşdırılandaxilolmaların 92,3 faizi və ya 2196,5 milyon manatı muzdlu işləəlaqədar gəlir vergisinin, 7,7 faizi və ya 182,8 milyon manatı isəsahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlir vergisininpayına düşür.

2025-ci ilin proqnozu ilə müqayisədə artıma səbəb ölkəniniqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinəəsasən qeyri neft-qaz sektoru üzrə 2025-ci ilin gözlənilən icrasıilə müqayisədə 2026-cı ildə qeyri-neft ÜDM-in nominal ifadədə 8,8faiz artımla - 101717,1 milyon manat, respublika üzrə orta aylıqəməkhaqqının 6,3 faiz artımla - 1170,8 manat nəzərdə tutulması,həmçinin 2026-cı ildən qeyri-neft və qeyri-dövlət sektoru üzrəmuzdlu işə aid olan gəlir vergisinin azadolma müddətinin başaçatması ilə əlaqədar yeni mexanizmin tətbiqi nəticəsində dövlətbüdcəsinə əlavə daxilolmanın proqnozlaşdırlması iləəlaqədardır.

Seçilən
82
az.trend.az

1Mənbələr