Fransanın keçmiş prezidenti Nikola Sarkozi Sante həbsxanasındakı ilk günündə ölümlə hədələnib.
Publika.az xəbər verir ki, bu barədə sosial mediada görüntülər yayılıb.
Görüntülərə əsasən, bəzi məhbuslar kameralarının pəncərəsindən qışqıraraq Sarkozinin ünvanına müxtəlif təhqirlər və hədələr səsləndiriblər. Onlar "Bizə üzünü göstər. Hər şeyi bilirik, Sarko. Qəddafini sən öldürdün. Biz qisas alacağıq" deyərək sabiq prezidenti ölümlə hədələyiblər.
Hadisədən sonra bu görüntüləri yayan 3 məhbus dindirilib. İstintaq zamanı iki mobil telefon götürülüb.
 
                        