AZ

Ehtiyatda olan hərbiçilərin mənzil təminatı üçün büdcədən 35 milyon manat ayrılıb

ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Ehtiyatda olan hərbiçilərin mənzil təminatı üçün büdcədən 35 milyon manat ayrılıb.

Sherg.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

2026-cı ilin dövlət büdcəsində 20 il və daha çox xidmət etmiş işləyən və ehtiyatda olan hərbi

qulluqçuların mənzillə təmin olunması və digər zəruri xərclərin maliyyə təminatı üçün 35,0 milyon

manat ayrılıb.

Eləcə də, büdcədən kirayəyə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara

(ehtiyatda və istefada olan hərbi qulluqçular da nəzərə alınmaqla) ödənilən pul kompensasiyası

üçün 15,5 milyon manat məbləğində vəsait nəzərdə tutulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
4
sherg.az

10Mənbələr