AZ

SOCAR ABB şirkətilə innovativ texnologiyalar ilə resursların idarə edilməsi məsələsini müzakirə edib

23 oktyabr 2025-ci il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf ABB şirkətinin Şimali Avropa üzrə baş vitse-prezidenti Tor Ove Lussand ilə görüşüb.

Birgə-investisiya mexanizminin təsis edilməsi üçün Çərçivə Sazişi mübadilə edilib

FED.az xəbər verir ki, görüşdə şirkətlər arasında enerji keçidi, rəqəmsallaşma, sənayedə innovativ texnologiyaların tətbiqi ilə resursların idarə edilməsi məsələləri barədə fikir mübadiləsi aparılıb.

Qarşı tərəfə Azərbaycanda enerji sənayesinin modernləşdirilməsi, karbon emissiyalarının azaldılması, beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilən “yaşıl enerji” layihələri barədə məlumat verilib.

Qeyd edək ki, ABB — elektrifikasiya və avtomatlaşdırma sahəsində qlobal texnologiya lideridir. Şirkətin məqsədi daha dayanıqlı və resurs baxımından səmərəli gələcəyin qurulmasına töhfə verməkdir. Şirkət mühəndislik və rəqəmsallaşma sahəsindəki təcrübələri ilə sənaye müəssisələrinin daha yüksək performansla işləməsinə, eyni zamanda daha səmərəli, məhsuldar və dayanıqlı olmasına kömək edir. ABB-nin dünyada təxminən 110 min əməkdaşı var və şirkətin 140 ildən artıq tarixi mövcuddur.

SOCARSOCARSOCAR
Seçilən
53
1
fed.az

9Mənbələr