AZ

AYNA-ya 40 milyon manat vəsait ayrılacaq

BAKI, 23 oktyabr. TELEQRAF

2026-cı ilin dövlət büdcəsindən AYNA-ya 40 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılır.

Teleqraf xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Belə ki, gələn ilin büdcəsinə əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsə avtomobil
nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının təşkili, beynəlxalq sərnişin və yük daşımalarını tənzimləyən icazə sisteminin tətbiqi, yeni yol nişanlarının quraşdırılması və mövcud yol nişanlarının bərpası, yol hərəkətinin və piyada-yol infrastrukturunun təşkili üçün 40,0 milyon manat vəsait proqnozlaşdırılıb.

Seçilən
24
6
teleqraf.com

7Mənbələr