AZ

“Elitada qalacağıq, düşəsi deyilik” “Xəmsə” iddialıdı

ain.az bildirir, Footbal-plus portalına istinadən.

İlk altı turdan sonra bir xal belə qazana bilməyən “Kəpəz” Adil Şükürovu göndərdi, Azər Bağırovu “sükan arxasına” gətirdi. Ardından “Kəpəz” “Qarabağ”la səfərdə yaxşı oynasa da, minimal hesabla uduzdu. 8-ci turda - Şamaxı səfərində isə gəncəlilər 4:1 hesablı əzmkar qələbə qazandı. İlk yarıda Abdullahi Şuaybu qırmızı vərəqə aldı. Lakin “qırmızı”ya qədər də gəncəlilər hesabda öndə idi. Bu qələbə, son iki oyun “Kəpəz”in elitada qalacağına ümid verirmi? “Kəpəz”in böyükhesablı qələbəsinə Şuaybunun qovulması nə dərəcədə kölgə saldı? Cavabı “Xəmsə”nin rəhbəri Müşfiq Məmmədovdan soruşduq:

“Şuaybunun “qırmızı” alması alması qələbəmizə kölgə sala bilməz. Biz ona qədər də hesabda irəlidəydik. Yenə də udacaqdıq. Elitada da qalacağıq, düşəsi deyilik”.

MÜZƏFFƏR QULUZADƏ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
1
icma.az

2Mənbələr