İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi Knessetin İordan çayının qərb sahilinin ilhaqı barədə səsverməsini qınayan açıqlama yayıb.
APA xəbər verir ki, Baş nazirin ofisi sözügedən səsverməni “müxalifətin siyasi təxribatı” adlandırıb.
“İlhaqla bağlı Knessetdə keçirilən səsvermə ABŞ vitse-prezidenti Ceyms Devid Vensin İsrailə səfəri zamanı müxalifət tərəfindən ixtilaf yaratmağa hesablanmış siyasi bir təxribatdır. Likud partiyası (hakim partiya) və dini partiyalar bu qanunun qəbul edilməsinə səs verməyib”, - Netanyahunun ofisindən bildirilib.