AZ

Güləşçimiz bürünc medal görüşünə vəsiqə qazandı

Azərbaycanın yunan-Roma güləşçisi İlkin Qurbanov Serbiyanın Novi Sad şəhərində təşkil olunan U-23 dünya çempionatında bürünc medal görüşünə çıxacaq.

"Unikal" xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançı təsəlliverici qarşılaşmada türkiyəli Mert İlbarsa ilk xal prinsipinə əsasən (1:1) qalib gəlib.

O, üçüncü yer uğrunda görüşdə özbəkistanlı Mehrac Bəhramovla üz-üzə gələcək.

Yarımfinallar Bakı vaxtı ilə saat 19:00-da, medallar uğrunda görüşlər isə 20:00-da başlayacaq.

Seçilən
20
unikal.az

1Mənbələr