Fransanın dünyaca məşhur Luvr Muzeyinin direktoru oktyabrın 19-da tarixi eksponatların oğurlanmasının qarşısını ala bilmədiklərini etiraf edərək, istefa ərizəsi yazıb.
Busaat.az xəbər verir ki, Luvr Muzeyinin direktoru Laurens Des Cars dünən Senatın Mədəniyyət Komitəsi qarşısında ifadə verib.
O, oğruların yeddi dəqiqəlik quldurluğunun muzeyin qeyri-adekvat kameraları kimi bir sıra təhlükəsizlik qüsurlarını üzə çıxardığını bildirdi və hadisəni onlar tərəfindən böyük uğursuzluq kimi qiymətləndirdi.
Des Cars məsələ ilə bağlı məsuliyyətini qəbul etdiyini və istefa ərizəsini mədəniyyət naziri Rachida Datiyə təqdim etdiyini, lakin rədd edildiyini bildirib.
2021-ci ildə vəzifəyə başlayan Des Cars, illərdir qoruduqları əsərlərin oğurlanmasının muzey işçiləri üçün dərin yara olduğunu söyləyib.
Yeganə