AZ

Ermənistanda Masis icmasının rəhbərinə hökm oxunub

İrəvan Cinayət Məhkəməsi Masis icmasının rəhbəri Davud Ambartsumyanı 6 il 3 ay müddətinə azadlıqdan məhrum edib.

APA xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumatda bildirilir ki, Davud Ambartsumyan 2018-ci ilin aprelində Erebuni rayonunda baş verən dinc etiraz aksiyalarına qarşı təşkil olunmuş dəstəsinin üzvü kimi etirazçıları metal armatur və dəyənəklərlə döymüşdü.

Qeyd edilib ki, hadisə zamanı o və dəstəsi vətəndaşların hüquqlarını kobud şəkildə pozub, ictimai asayişi pozub.

Seçilən
112
8
apa.az

9Mənbələr