AZ

Elm və təhsil naziri Gədəbəydə vətəndaşları qəbul edib

Bu gün elm və təhsil naziri Emin Əmrullayev Gədəbəy şəhərində vətəndaş qəbulu keçirib.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəbulda Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax sakinləri iştirak ediblər.

Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Qəbul zamanı vətəndaşlar işlə təmin olunma, müəllimlərin iş yerinin dəyişdirilməsi, tələbə köçürülməsi və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Seçilən
52
5
aznews.az

6Mənbələr