AZ

Amerikalı ekspert: Azərbaycan-Ermənistan sazişi Cənubi Qafqazın tam inteqrasiyasına mane olan münaqişəni həll edəcək

Vaşinqton, 23 oktyabr, AZƏRTAC

Bu saziş (Azərbaycan-Ermənistan sazişi - red.) ortamüddətli perspektivdə Cənubi Qafqazın tam inteqrasiyasına mane olan münaqişəni həll edəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Amerika Xarici Siyasət Şurasının vitse-prezidenti İlan Berman Vaşinqtonda “ABŞ Cənubi Qafqazda: Yeni strateji imkanların müəyyənləşdirilməsi” mövzusunda konfransda çıxışı zamanı deyib.

O bildirib ki, indi söhbət Mərkəzi Asiya ilə Cənub Qafqaz arasında həqiqətən də regionlararası əməkdaşlıqdan gedir.

“Bu razılaşma nəticəsində Cənubi Qafqaza qarşı yeni diqqət yaranıb”, - deyə o əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
81
2
azertag.az

3Mənbələr