AZ

Cəzasını “El Klasiko”da çəkəcək

Hans-Diter Flik növbəti dəfə məyus olub.

"Football-plus.az" xəbər verir ki, İspaniya Kral Futbol Federasiyasının İntizam Komitəsi “Barselona”nın şikayətini rədd edib.

Kataloniya klubunun baş məşqçisinin La Liqanın 9-cu turunun “Jirona” ilə oyununda (2:1) aldığı qırmızı vərəqənin ləğv olunması tələbi geri çevrilib. Beləliklə, Flikə verilən 1 oyunluq cəza qüvvədə qalıb.

Baş məşqçi bu səbəbdən oktyabrın 26-da “Real”la keçiriləcək “El Klasiko”da komandasına texniki zonadan göstəriş verə bilməyəcək.

Seçilən
54
3
football-plus.az

5Mənbələr