AZ

Messi karyerası ilə bağlı qərarını verdi

BAKI, 23 oktyabr. TELEQRAF

Ulduz Lionel Messi karyerasını ABŞ-nin “İnter Mayami” klubunda davam etdirəcək.

Teleqraf xəbər verir ki, komanda bu xəbəri sosial şəbəkədə paylaşıb.

Paylaşımda Messinin tikintisi davam edən yeni stadionda müqavilə imzaladığı an yer alıb. Postda “O, evdədir” sözləri yazılıb.

Müqavilə müddəti 2028-ci ilə qədər, yəni üçillikdir. Messinin daha iki və ya üç mövsüm çıxış edəcəyi fikri klub üçün böyük gəlir mənbəyi sayılır.

Qeyd edək ki, 38 yaşlı futbolçu 2023-cü ildən “İnter Mayami”nin formasını geyir.

Seçilən
103
3
teleqraf.com

10Mənbələr