AZ

Səmada qeyri adi buludlar Uçan boşqablar və...

ain.az, Sherg.az portalına istinadən məlumat yayır.

Kamçatkada vulkanoloqlar Klyuçevskoy vulkanının üzərində yaranmış müəmmalı lentikulyar buludlara diqqət yetiriblər.

Publika.az xəbər verir ki, müvafiq fotolar Rusiya Elmlər Akademiyasının Uzaq Şərq bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutunun "Telegram" kanalında paylaşılıb.

Fotoları Klyuçevskoy vulkan stansiyasının rəhbəri, vulkanoloq Yuri Demyançuk çəkib.

Lentikulyar buludlar nadir təbiət hadisəsidir. Bu cür buludlar qeyri-adi formaya malikdir və uçan boşqabları və ya linzaları xatırladır. Adı latınca “lenticularis” sözündən götürülüb, bu da “linza formasında” deməkdir. Digər bulud növləri ilə müqayisədə bu buludlar tamamilə hərəkətsiz olur.

Onların yaranmasının əsas səbəbi hava dalğalarının hərəkətidir. Külək yolunda maneə — məsələn, dağ ilə qarşılaşdıqda, yuxarı qalxmağa məcbur olur.

Klyuçevskoy vulkanının sonuncu püskürməsi 15 avqustda baş verib. Həmin vaxt vulkan səkkiz kilometr hündürlüyə kül sütunu atıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
70
2
sherg.az

3Mənbələr