Fanat saytından alınan məlumata görə, ain.az bildirir.
“Beşiktaş” rəhbərliyi qış transfer pəncərəsi öncəsi heyətdə dəyişikliklər üzərində ciddi şəkildə işləyir.
Fanat.Az xəbər verir ki, “qartallar”ın portuqaliyalı ulduzu Rafa Silvanın “Fənərbağça”ya keçməsi əvəzində, transfer haqqı "sarı-lacivərdlərin" əlində olan Cengiz Ünderin birdəfəlik transferinə razılıq verilə bilər.
Bundan əlavə, “Fənərbağça”nın daha bir futbolçusunun da bu razılaşmaya daxil edilməsi nəzərdən keçirilir.
Bu məlumatı tanınmış idman jurnalisti Sərdar Ali Çeliklər yayıb. Onun sözlərinə görə, iki klub arasında ilkin təmaslar artıq başlayıb və tərəflər potensial mübadilənin şərtlərini müzakirə edirlər.
Kamil Xudiyev
Abunə Ol
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.
 
                        