AZ

Stiv Dayns: Bu il avqustun 8 də əldə olunan razılaşmanın açdığı iqtisadi potensial çox əhəmiyyətlidir

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Vaşinqton, 23 oktyabr, AZƏRTAC

Amerika Birləşmiş Ştatları (ABŞ) regional sülhə bütün ölkələrin xeyrinə olacaq konkret sərmayələr qoyur.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Dayns Vaşinqtonda “ABŞ Cənubi Qafqazda: Yeni strateji imkanların müəyyənləşdirilməsi” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, bu il avqustun 8-də əldə olunan razılaşmanın açdığı iqtisadi potensial çox əhəmiyyətlidir. “Azərbaycan - Ermənistan sülh sazişi diplomatik irəliləyişdir, həqiqətən, qarşılıqlı faydalı sülhməramlılıq nümunəsidir. Ermənistan, Azərbaycan və ABŞ daha firavan, vacib və təhlükəsiz gələcəyə doğru addımlayır və çalışır. Bakı dünyanın ən mühüm qaz və neft ixracatçılarından biridir”,- deyə o qeyd edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
2
azertag.az

3Mənbələr