AZ

Putin: Qlobal bazarda Rusiya neftinin tədarükünün kəskin azalması qiymət artımına səbəb olacaq

Qlobal bazarda Rusiya neftinin tədarükünün kəskin azalması qiymətlərin artmasına səbəb olacaq.

Bu barədə Rusiya Coğrafiya Cəmiyyətinin 17-ci Konqresinin yekunları üzrə jurnalistlərə açıqlamasında Rusiya Prezidenti Vladimir Putin bildirib.

“Rusiyanın neft və neft məhsullarının tədarükü qlobal bazarda kəskin şəkildə azalarsa, qiymətlər qaçılmaz olaraq artacaq”, – o deyib.

Putin əlavə edib ki, ABŞ-dən fərqli olaraq, Rusiya və Səudiyyə Ərəbistanı istehlak etdikləri neftdən daha çox neft satırlar.

MənbəREPORT
Seçilən
63
2
banker.az

3Mənbələr