AZ

Masis meri də HƏBS OLUNDU

Ajans.az xəbər verir ki, Ermənistanın Masis şəhərinin (Ararat vilayəti) meri David Ambartsumyan 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Bu barədə vəkil Tiqran Atanesyan sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, məhkəmə Ambartsumyan barəsində həbs qətimkan tədbiri seçib. Xatırladaq ki, 2018-ci il aprelin 22-də Erebuni rayonunda keçirilən etiraz aksiyası zamanı bir qrup şəxs aksiyanın iştirakçılarına hücum etmişdi. Hadisə ilə bağlı Davit Ambartsumyan, merin müavini Karen Ohanyan və bir neçə Masis sakini saxlanılmışdı. Daha sonra sabiq merin silah tətbiq etməklə xuliqanlıq ittihamı da irəli sürülmüşdü.

Onu da bildirək ki, bundan bir neçə gün öncə Gümrü şəhərinin meri Vardan Qukasyan və şəhərin baş memarı Henrix Qasparyan korrupsiya ittihamları ilə bağlı həbs edilmişdi.

Seçilən
31
1
Ajans.az

10Mənbələr