AZ

Ələtdə avtomobildə baş partlayışın DETALLARIVİDEO

Yanacaqdoldurma məntəqəsində avtomobildə partlayış olub.

Xezerxeber.az xəbər verir ki, içərisində olan sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

TƏBİB-dən verilən məlumata görə, hadisə zamanı xəsarət alan 44 yaşlı sürücü sağ ayağın və diz oynağının travması diaqnozu ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.

Hadisədən sonra BDYPİ qaz avadanlığı ilə təchiz olunmuş avtomobillərlə bağlı vətəndaşlara xəbərdarlıq edib. Bildirilib ki, benzinlə işləyən avtomobillərə əlavə qaz avadanlığının quraşdırılması yol hərəkəti təhlükəsizliyi baxımından ciddi risk yaradır.

Qanunvericiliyə əsasən, bu avadanlıqlar yalnız yol hərəkətinin təhlükəsizliyi üzrə müvafiq elmi-tədqiqat institutunun rəyi əsasında və ixtisaslaşmış servislərdə quraşdırıla bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
62
1
xezerxeber.az

2Mənbələr