AZ

Arda Turanın komandası ikinci oyununda məğlub olub VİDEO

Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Konfrans Liqasının ümumi mərhələsinin ikinci turunun Ukrayna “Şaxtyor”u ilə Polşanın “Legiya”"sı arasında keçirilən oyuna yekun vurulub.

Qarşılaşma polşalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

16-cı dəqiqədə yarımmüdafiəçi Rafal Auqustinyak “Legiya”nı hesabda önə keçirib. 61-ci dəqiqədə hücumçu Luka Meyrelles hesabı bərabərləşdirib. 90+4-cü dəqiqədə Avqustinyak ikinci dəfə fərqlənərək komandasına qələbə qazandırıb.

Arda Turanın baş məşqçisi olduğu “Şaxtyor”un turnirdə üç xalı var. “Legiya” ilk üç xalını qazanıb. Üçüncü turda “Şaxtyor” İslandiyanın “Breydablik” klubu ilə oynayacaq, “Legiya” isə Sloveniyada “Selje”nin qonağı olacaq.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
1
icma.az

2Mənbələr