AZ

"Fənərbağça" Almaniya klubunu məğlub edib

Türkiyənin "Fənərbağça" klubu UEFA Avropa Liqasında növbəti oyununu keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İstanbul təmsilçisi Liqa mərhələsinin III turunda Almaniyanın “Ştutqart” komandasını qəbul edib. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 34-cü dəqiqədə penaltidən Kərəm Aktürkoğlu vurub.

Bu qələbədən sonra xallarını 6-ya çatdıran "Fənərbağça" 11-ci pilləyə yüksəlib. "Ştutqart" isə 3 xalla 25-ci sırada qərarlaşıb.

Seçilən
55
6
operativmm.az

8Mənbələr