AZ

​Meta süni intellekt sahəsində 600 vəzifəni ləğv etdi

Meta süni intellekt sahəsində çalışan təxminən 600 vəzifəni ləğv etmək qərarına gəlib. Metbuat.az xəbər verir ki, işdən çıxarılan işçilərin əksəriyyətinə şirkət daxilində başqa şöbələrə keçmək imkanı təklif olunacaq. “The Wall Street Journal” xəbər verir ki, süni intellekt bölməsinin baş direktoru Alexandr Vang tərəfindən işçilərə göndərilən mesajda qərarın komandanın daha intensiv işləməsinə imkan verəcəyini bildirib.

Qeyd edək ki, Meta şirkətinin baş direktoru Mark Zukerberq rəqibləri üzərində üstünlük əldə etmək üçün süni intellektə milyardlarla dollar sərmayə qoymağa davam edir. Şirkət insan intellektini üstələyən qabiliyyətlərə malik “süni super intellekt” texnologiyasını inkişaf etdirmək yarışında irəlidə qalmağı hədəfləyir.

Seçilən
27
metbuat.az

1Mənbələr