AZ

Bölgələrə turlar neçəyədir? -

Payız mövsümündə həm yerli sakinlər, həm də xarici turistlər Azərbaycanın füsunkar təbiətinə heyran qalmaq və istirahət etmək üçün ölkənin müxtəlif bölgələrinə səyahətə çıxırlar. Bəs ən çox hansı bölgələrə turlar təşkil olunur və bu turların qiymətləri necə dəyişir?Turizm eksperti Rəhman Quliyev Metbuat.az-a açıqlamasında bildirib ki, bölgələrdən Quba, Qəbələ, İsmayıllı turlarına maraq artıb: "Tur paketlərinin qiymətləri marşrut, müddət və xidmətlərə görə çox fərqlidir. Məsələn, 1 günlük turlar 40 azn - 50 azn civarındadır. 3-4 günlük üçün isə 400-500 azn başlanğıc olaraq dəyişir. Əgər xüsusi bir bölgə məsələn, Naxçıvan, Lənkəran, Qarabağ zonaları və ya dağ yürüşü maraqlı olarsa, qiymətlər və seçimlər dəyişəcək".Ekspertin sözlərinə görə, xarici turistlərin böyük hissəsi Bakıya yönəlir:"Məsələn, 2024-cü ilin statistikasına görə, xarici turistlərin təxminən 80-faizə qədəri Bakıda səyahət edib. Bu da göstərir ki, Bakı şəhəri turizm baxımından ən populyar hədəfdir".

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
31
1
metbuat.az

10Mənbələr