AZ

Aİ Rusiyanın 140 milyard avroluq aktivinin Ukrayna üçün xərclənməsinə dair qərarını təxirə saldı

BAKI, 23 oktyabr. TELEQRAF

Avropa İttifaqı Rusiya Mərkəzi Bankının 140 milyard avroluq dondurulmuş aktivlərinin Ukraynaya yardım məqsədilə istifadə edilməsi ilə bağlı qərarını dekabr ayına qədər təxirə salıb.

Teleqraf "Bloomberg"ə istinadən xəbər verir ki, buna səbəb Rusiyanın dondurulmuş aktivlərinin əksəriyyətinin saxlandığı Belçikanın kreditlərlə bağlı risklərə görə məsuliyyət daşımayacağına dair zəmanət tələb etməsi olub.

Məlumatlı mənbələr nəşrə bildiriblər ki, blok liderləri Avropa Komissiyasından növbəti sammitdə nəzərdən keçirəcəkləri həll variantları hazırlamağı xahiş ediblər.

Seçilən
81
teleqraf.com

1Mənbələr