AZ

Trampdan xəbərdarlıq Öldürəcəyəm (VİDEO)

Unikal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp Venesuela sərhədinə B-1 bombardmançı təyyarələrinin göndərilməsi ilə bağlı mediada yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib. 

"Unikal" xəbər verir ki, bununla belə o, Venesueladan narazılığını bildirib. 

"Xeyr, bu yalandır. Amma biz Venesueladan bir çox səbəbə görə - məsələn, narkotiklərə görə narazıyıq", - deyə o, Ağ Evdə çıxışı zamanı deyib. 

Bundan əlavə, Amerika lideri əlavə edib ki, ABŞ administrasiyası narkotik kartel təhlükəsini tamamilə aradan qaldırmaq niyyətindədir. O, bildirib ki, ABŞ tezliklə Venesuela narkotik kartellərinə qarşı "yerüstü əməliyyatlara" başlayacaq. O, həmçinin ABŞ-a narkotik qaçaqmalçılığı edən insanları "öldürəcəyinə" söz verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
58
1
unikal.az

10Mənbələr