AZ

Rusiya Müdafiə Nazirliyindən Litvaya cavab

Rusiyanın Su-30 qırıcıları digər dövlətlərin hava məkanını pozmadan Kalininqrad vilayəti üzərində planlı təlim uçuşları həyata keçirib.

Teleqraf xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi Litva hakimiyyətinin etirazına cavab olaraq bəyan edib.

Nazirlik bütün uçuşların Rusiya hava məkanı qaydalarına ciddi riayət olunmaqla həyata keçirildiyini vurğulayıb.

"Təyyarələr öz marşrutlarından kənara çıxmayıb və ya digər dövlətlərin sərhədlərini pozmayıblar, bu, obyektiv monitorinqlə təsdiqlənib", - Müdafiə Nazirliyi bildirib.

Litva prezidenti Gitanas Nauseda bəyan edib ki, Rusiya hərbi təyyarələri oktyabrın 23-də axşam saatlarında ölkənin hava məkanını pozub.
Seçilən
56
1
sherg.az

2Mənbələr