AZ

Macarıstan Rusiya aktivlərindən Ukraynanın maraqları naminə istifadəsini oğurluq hesab edir



Macarıstan Avropa İttifaqının Qərbdə dondurulmuş Rusiya maliyyə aktivlərindən Ukraynanın xeyrinə istifadə etməsini oğurluq hesab edir.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqı liderlərinin Brüssel görüşünə gedərkən bildirib.

O qeyd edib ki, Aİ liderləri Ukraynaya hərbi yardım göstərmək üçün istifadə etmək məqsədilə Rusiya aktivlərinin ekspropriasiyası üçün Macarıstandan dəstək istəyirlər.

"Biz isə bunu hələlik dayandırmışıq",-deyə Orban qeyd edib.

Orban məsələni mürəkkəb adlandırıb və əlavə edib ki, Rusiya aktivlərinin Ukraynaya ötürülməsini ölkəsi dəstəkləmir.

Mehman Mehdiyev
Seçilən
70
newscenter.az

1Mənbələr