AZ

Kazanda Bakını sevindirən bəyanat “Bu o deməkdir ki…”

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Oktyabrın 23-də keçirilmiş BRİKS sammitinin yekunları üzrə qəbul edilmiş Kazan bəyannaməsinin bir məqamı diqqət çəkir. Belə ki, bəyannamədə BRİKS sammitinin iştirakçıları Bakıda keçiriləcək COP29 konfransından tutarlı nəticələr gözlədiklərini bildiriblər. 

“Biz Azərbaycanın COP29-u uğurla keçirəcəyi fikrinə sadiqik və təsirlərin yumşaldılması, uyğunlaşma, itki və zərərin qarşılanması sahələrində cari və gələcək milli fəaliyyət planlarına və məqsədlərə nail olmaqda əsas vasitə kimi inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyələşdirilməsi sahəsində tutarlı nəticələr gözləyirik”, – bəyannamədə qeyd olunub.

BRİKS ölkələri, həmçinin 2025-ci ildə COP30-a ev sahibliyi edəcək Braziliyanın bu tədbirin təşkilatçılığındakı aparıcı rolunu dəstəklədiklərini bildiriblər, eləcə də Hindistanın 2028-ci ildə COP33-ə ev sahibliyi etmək üçün namizədliyini irəli sürməsini alqışlayıblar.

Kənan Novruzov

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, BRİKS ölkələrinin Azərbaycanın COP29-a ev sahibliyini dəstəkləməsi mühüm hadisədir:

“Bu, həm də siyasi mesajdır. Görünür, BRİKS üzvləri Azərbaycana inanır, etibar edir. Bu isə o deməkdir ki, perspektivdə rəsmi Bakının üzvlük təşəbbüsü də müsbət qarşılanacaq.

Rəsmi Bakı avqust ayında BRİKS-ə üzv olmaqla bağlı rəsmi müraciət edib. Yəni onsuz da Azərbaycan təşkilatın parçası olmaq istəyir. Təşkilatın da bu məsələdə bizə etibar etməsi, aralarında görmək istəməsi mühüm hadisədir.

Azərbaycan bundan öncə Qoşulmama Hərəkatına sədrlik edib və sözün əsl mənasında dünyanın ikinci ən böyük təşkilatına layiq xidmət göstərdi. Xüsusilə vaksin milliyyətçiliyi, həmçinin zəif, gücsüz ölkələrin problemlərini dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Bu baxımdan indi də eyni xidmət COP29-a ev sahibliyi edərkən bizdən gözlənilir”.

Turan Rzayev 

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
153
globalinfo.az

1Mənbələr