AZ

Azərbaycan millisi dünya çempionatında tarixinin ən yaxşı nəticəsinə imza atıb

Serbiyanın Novi Sad şəhərində keçirilən U23 dünya çempionatında yunan-Roma güləşi üzrə yarış yekunlaşıb.

Teleqraf xəbər verir ki, milli 2 qızıl və 1 bürünc medal qazanıb.

Beləliklə, yığma 93 xalla komanda hesabında dünya üçüncüsü olub. Azərbaycan millisi medalların əyarına görə tarixinin ən yaxşı nəticəsinə imza atıb.

Komandamız yalnız İran (143) və Ukraynadan (96) geri qalıb.

Xatırladaq ki, baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyevlə Kamran Məmmədovun rəhbərliyi altında DÇ-yə qatılan heyətdə Elmir Əliyevlə (55 kq) Ziya Babaşov (63 kq) dünya çempionu olub. Ruslan Nurullayev (72 kq) isə üçüncü yeri tutub.
Seçilən
26
15
sherg.az

10Mənbələr