AZ

Demi Mur 14 yaşında yaşadığı qeyri adi iş təcrübəsindən danışdı

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Hollivud aktrisası Demi Mur 14 yaşından kollektorluq agentliyində işləyib.

Oxu.Az xəbər verir ki, bu barədə "Glamour" jurnalı məlumat yayıb.

"İlk iş yerim kollektorluq agentliyi idi, orada daim telefonla danışırdım. Hesablarını ödəməyən insanlara zəng etməli olurdum. Mənim səs tonum aşağı və dərin olduğundan, onlar mənim cəmi 14 yaşımın olduğunu bilmirdilər", - deyə Mur bölüşüb.

Onun sözlərinə görə, bundan sonra aktrisa "20th Century Fox" studiyasında prodüser Aaron Spellinqin yanında katibə işləyib. Məşhur ulduz bu yerdə işləməyin ona ilham verdiyini etiraf edib.

"Bu, çox sakitləşdirici idi. Hər şeyə kənardan baxaraq, "Bu, qalmaq istədiyim vəzifə deyil" demək imkanı. Mənim daha böyük planlarım var idi", - deyə aktrisa xatırlayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
121
oxu.az

1Mənbələr