AZ

Erkən yaşda şəkərin azaldılmasının FAYDALARI

Yeni araşdırmaya görə, uşaqlıqda şəkərin məhdudlaşdırılması, yetkinlik dövründə ürək xəstəlikləri riskinin azalması ilə əlaqələndirilir.

Publika.az “MedicalXpress” portalına istinadla xəbər verir ki, tədqiqat 1953-cü ildə Böyük Britaniyada şəkər normasının sona çatmasından sonra doğulan 63 minədək insanın məlumatlarını analiz edib. Araşdırmaya görə, şəkər normasına məruz qalan, yəni şəkəri az qəbul edən uşaqlarda sonradan infarkt, ürək çatışmazlığı, insult və digər ürək-damar xəstəlikləri riski daha aşağı olub.

Ən güclü qoruyucu təsir şəkər qəbulu hamiləlik dövründən uşağın 2 yaşına qədər məhdudlaşdırılan insanlarda müşahidə edilib. Bu qrupda ürək-damar xəstəliyi riski 20 faiz, ürəktutma 25 faiz, ürək çatışmazlığı 26 faiz, atrial fibrilasiya 24 faiz, insult 31 faiz, ürək-damar ölümləri isə 27 faiz azalıb. Tədqiqatçılar qeyd ediblər ki, bu nəticələr şəkərin erkən yaşlarda azaldılmasının uzunmüddətli ürək faydalarına malik ola biləcəyini göstərir.

Seçilən
47
4
publika.az

5Mənbələr