Misli Premyer Liqasında IX tura bu gün start veriləcək.

Offsideplus.az xəbər verir ki, açılış matçında "Karvan-Yevlax" "Turan Tovuz"u qəbul edəcək.

Görüş Şamaxı şəhər stadionunda baş tutacaq.

Debütant "Karvan-Yevlax" 5 xalla 10-cu yerdədir. Tovuz təmsilçisi isə 15 xalla 3-cü yerin sahibidir.

Misli Premyer Liqası, IX tur

24 oktyabr (cümə)

14:30 “Karvan-Yevlax”– “Turan Tovuz”

Hakimlər: Elvin Bayramov, Şirmamed Mamedov, Kərim Zeynalov, Əli Əliyev

VAR: Əliyar Ağayev

AVAR: Teymur Teymurov

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Nəriman Axundov

Şamaxı şəhər stadionu