Ajans.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Kerolayn Livitt bildirib. "Demokratlar şatdaunu uzatsalar, bizi ölkənin əsas hava limanlarında əhəmiyyətli uçuş gecikmələri və ləğvləri gözləyir", - o deyib. Onun sözlərinə görə, narahatlıqlar xüsusilə ABŞ- də noyabrın sonunda qeyd olunan Şükranlıq gününün yaxınlaşması ilə əlaqədardır - bu zaman hava limanları xüsusən yüklənir. Ağ Ev hesab edir ki, hökumətin işini dayandırması ABŞ-nin hava təhlükəsizliyini təhlükə altına qoyur. Xatırladaq ki, oktyabrın 1-də saat 12:00-dan (Bakı vaxtı ilə saat 8:00) başlayaraq ABŞ-nin dövlət qurumları Konqres onların əməliyyatlarının maliyyələşdirilməsinin uzadılmasına dair qanun layihəsini razılaşdıra bilmədikdən sonra fəaliyyətini dayandırıb.