AZ

Gələn il hansı avtomobillərə vergi güzəşti tətbiq ediləcək?

2026-cı il yanvarın 1-dən etibarən Azərbaycanda hibrid və "plug-in" hibrid avtomobillərə tətbiq edilən vergi güzəştləri ləğv olunur...

Oxu.Az xəbər verir ki, bu, Milli Məclisə təqdim olunan 2026-cı ilin büdcə zərfində bildirilir.

Qeyd edilir ki, gələn ildən yalnız tam elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad ediləcək.

Güzəşt mexanizmi 2026-cı il yanvarın 1-dən başlayaraq 1 il müddətinə qüvvədə olacaq.

Bundan başqa, istehsal buraxılış tarixindən 7 ildən çox vaxt keçmiş nəqliyyat vasitələrinin idxalı zamanı hesablanan aksiz vergisi əmsalları da optimallaşdırılacaq.

Poliqon.info

Seçilən
45
10
poliqon.info

10Mənbələr