ABŞ Hərbi Hava Qüvvələrinə məxsus OA-1K Skyraider II təyyarəsi Oklahoma ştatında qəzaya uğrayıb.
Avtosfer.az xarici KİV-ə istinadən xəbər verir ki, təyyarənin göyərtəsində iki ekipaj üzvü - ABŞ Hərbi Hava Qüvvələrinin üzvü və mülki podratçı olub. İlkin məlumatlara görə, təyyarə təlim uçuşu həyata keçirirmiş. Ekipaj üzvlərinin vəziyyəti və hadisənin təfərrüatları ilə bağlı məlumatlar dəqiqləşdirilir.