AZ

Hindistanda avtobus qəzası, sərnişinlər yanaraq ölüb

Ajans.az xəbər verir ki, bu barədə "Hindustan Times" nəşri yazıb. Bildirilir ki, hadisə "Kaveri Travels" şirkətinə məxsus avtobusun motosikletə çırpılması nəticəsində baş verib. Heydərabaddan Banqalora doğru hərəkət edən avtobusda təqribən 44 sərnişin olub. Polisin məlumatında deyilir: "İkitəkərli nəqliyyat vasitəsi avtobusun altına girərək yanacaq çəninə çırpılıb, bu da dərhal partlayışa və alovun sürətlə bütün avtobusa yayılmasına səbəb olub". Qəza anında sərnişinlərin əksəri yatırmış. Bəziləri yanğın zamanı pəncərələri sındıraraq bayıra atılıb, lakin bir çoxu bir neçə dəqiqə ərzində alova bürünən avtobusun içindən çıxa bilməyib. Yerli sakinlər yanğınsöndürənlər gələnə qədər onları xilas etməyə çalışıblar. Avtobusun sürücüləri qəzadan dərhal sonra qaçaraq hadisə yerindən uzaqlaşıblar. Polis hadisəni araşdırmağa başlayıb.
Seçilən
15
1
Ajans.az

2Mənbələr