AZ

II Qaregin taxtdan salındı

BAKI, 24 oktyabr. TELEQRAF

“Bütün ermənilərin katolikosu II Qaregin artıq taxtdan salınıb”.

Teleqraf xəbər verir ki, bunu erməni politoloq Georgi Tumasyan deyib.

Ekspert erməni kilsəsinin II Qareginin timsalında kiçik qrup tərəfindən işğal olunduğunu bildirib.

“Devrilmiş şəxsləri vəzifəsindən azad etmək olmaz, əslində, Ktriç Nersisyan (II Qaregin) xalq tərəfindən taxtdan salınıb. O, bunu bazar günü (oktyabrın 26-da) aydın görəcək. Çünki bazar günü Erməni Apostol Kilsəsinin azad edilməsi prosesi sözdən əmələ keçir.

Ktriç Nersisyan tərəfindən kilsədən uzaqlaşdıran Aram Asatryan ondan narazıdır. Hovhannavank isə Ktriç Nersisyandan azad edilən ilk kilsə olur və bu, bazar günü liturgiya ilə gücləndiriləcək və ona görə də həmin gün üçün təxribat təşkil ediblər”, - o deyib.

Tumasyan Ermənistan Baş naziri Nikol Paşinyanın bazar günü liturgiyada iştirak etmək üçün Hovhannavankda olacağı barədə açıqlamasını vacib sayıb.

“Ktriç Nersisyan zuqzvanq vəziyyətindədir və devrilməsinin qaçılmaz olduğunu anlayır”, - o əlavə edib.

Seçilən
98
1
teleqraf.com

2Mənbələr