Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.
Yolayrıclarının keçilməsi ilə bağlı qaydalara əməl etməyən sürücülərə hələ də tez-tez rast gəlmək olur. Avtosfer.az xəbər verir ki, qaydalara görə, yolayrıcında və kəsişmə yerlərində tıxac olduğu halda, belə yolayrıcına və kəsişmə yerlərinə girmək qadağandır.
Paytaxtın Afiyəddin Cəlilov və Yusif Səfərov küçələrinin kəsişməsində yolarıcında qalan sürücülərə qarşı yol polisi tədbirlər həyata keçirir. Sosial şəbəkədə yayılmış görüntüdən aydın şəkildə görünür ki, sürücülər yaşıl işıqda yolayrıcına daxil olub, lakin tıxac olduğu üçün sarı torun üzərində qalıblar. Qarşıda dayanmış yol polisi əməkdaşı sürücünü saxlayaraq məsuliyyətə cəlb edib.
Qeyd edək ki, bu qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində 3 bal 100 manat məbləğində cərimə nəzərdə tutulub.
Fərid
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.