Hindistanın cənubundakı Andhra-Pradeş ştatında turist avtobusunda baş verən yanğın zamanı 20-dən çox insan ölüb. "Hindustan Times" nəşrinin məlumatında deyilir ki, hadisə Kaveri Travels şirkətinin təxminən 44 sərnişinlə Haydarabaddan Banqalor şəhərinə gedən avtobusunun magistral yolda motosikletə çırpılması nəticəsində baş verib. Polis bildirib ki, iki təkərli nəqliyyat vasitəsi avtobusun altına ilişərək yanacaq çəninə dəyib, bu isə dərhal partlayışa və avtobusda alovun sürətlə yayılmasına səbəb olub.
Mətləb