AZ

Cənubi Qafqazda yeganə qarğıdalı emalı müəssisəsində böyük zərər - KAPİTALINDAN 64 MİLYON SİLİNDİ

Cənubi Qafqazda yeganə qarğıdalı emalı müəssisəsi "CPC" MMC-nin nizamnamə kapitalı 63 milyon 677 min manat azaldılaraq 16 milyon 894 min manat müəyyən edilib.

Marja.az xəbər verir ki, bu barədə "CPC" MMC məlumat açıqlayıb.

""CPC" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı, fəaliyyəti dövründə yaranmış zərərin əvəzləşdirilməsi məqsədilə azaldılaraq 16.894.150,68 AZN məbləğində müəyyənləşdirilir", -məlumatda deyilir.

Şirkət 80 milyon 571 min manat nizamnamə kapitalına malik idi. 

Qeyd edək ki, "CPC" MMC Cənubi Qafqazda nişastanın emal məhsulları istehsalı üzrə ixtisaslaşmış yeganə qarğıdalı emalı müəssisəsidir. Müəssisə 2011-ci ildə ən qabaqcıl texnoloji avadanlıqlarla təchiz edilmişdir. Zavoda 2015-ci ilin dekabr ayından yenidən investisiya yatırılaraq fəaliyyəti genişləndirilmişdir. Hal-hazırda istehsal olunan məhsullara nişasta, qlükoza və yan məhsullar daxildir. “CPC” MMC Oğuz rayonunda yerləşir və ildə 30 min tona qədər qarğıdalı emal etmək gücünə malikdir. 1 avqust 2025-ci ildən etibarən “EDEN AGRO” MMC icarə müqaviləsi əsasında “CPC” şirkətinin idarəçiliyini həyata keçirir. Bildirilib ki, bu addım davamlı inkişaf, investisiyaların cəlb olunması və məhsul və xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi üçün yeni imkanlar açır. 

CPC MMC qarğıdalı emalı nizamnamə kapitalı azaldılma 16894 mln manat 63677 mln manat azalma zərərin əvəzləşdirilməsi nişasta istehsalı qlükoza yan məhsullar Oğuz rayonu ildə 30 min ton emal EDEN AGRO MMC icarə müqaviləsi investisiyaların cəlb olunması məhsul keyfiyyəti Cənubi Qafqaz yeganə müəssisə
Seçilən
29
1
marja.az

2Mənbələr