Sinqapurun Çanqi Beynəlxalq Hava Limanı "Forbes Travel Guide" tərəfindən dünyanın ən yaxşı aeroportu seçilib.
Avtosfer.az bu barədə səyahət bələdçisinin saytına istinadən xəbər verir.
Ekspertlər hava limanının unikallığını, o cümlədən ən hündür örtülü şəlaləni, 24 saatlıq kinoteatrı və damın üzərində hovuzu vurğulayıblar.
Dəfələrlə beynəlxalq mükafatlara layiq görülən Sinqapur hava limanı sərnişinlərə kəpənək və bambuk bağları, həmçinin jakuzi təklif edir.