BAKI, 24 oktyabr. TELEQRAF
Rusiyalı velosipedçi Valeriya Valqonen Çilinin Santyaqo şəhərində keçirilən trek üzrə dünya çempionatında yıxılaraq ciddi xəsarət alıb.
Teleqraf xəbər verir ki, 22 yaşlı idmançının körpücük sümüyü sınıb və ona beyin silkələnməsi diaqnozu qoyulub.
O, hadisə yerindən xərəkdə aparılıb.
“Təəssüf ki, yarışları başa vururam. İlk dünya çempionatımı belə tərk etmək, sevdiyim növləri buraxmaq necə üzücü olduğunu sözlə ifadə etmək çətindir”, - deyə Valqonen sosial şəbəkə hesabında paylaşım edib.