Rəqəmsal transformasiya təkcə xidmətlərin təqdimatını deyil, qərarvermə proseslərini də dəyişməkdədir.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Respublikası əmək və sosial müdafiə nazirinin müavini Ahmet Aydın "SOCGOV 2025: Süni intellekt insan və transformasiya üçün” adlı beynəlxalq konfransda deyib.
O bildirib ki, xüsusilə, əmək həyatında süni intellektin tətbiqi həm dövlətin effektivliyini artırır, həm də vətəndaşlara daha keyfiyyətli xidmətlərin göstərilməsinə şərait yaradır.
"Türkiyə olaraq süni intellekt və rəqəmsal dövlət imkanlarını sosial siyasətimizə inteqrasiya edərək daha inklüziv və effektiv həllər tətbiq edirik. Gələcəkdə rəqəmsal dövlətlərin yalnız texnoloji deyil, həm də insani, iştirakçı və sosial yönləri ilə ön plana çıxacağına inanırıq. Bu dönüşümdə Azərbaycanla birlikdə irəliləməyə davam edəcəyik", - nazir müavini əlavə edib.