Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanovun ölüm səbəbi məlum olub.
Oxu.Az-ın məlumatına görə, o, ötən gecə evində olarkən qəfil infarkt keçirib və hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, mərhum aparat rəhbəri iki gün əvvəl 65 yaşını qeyd edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanov 65 yaşında vəfat edib.
Editor.az APA-ya istinadla xəbər verir ki, Nəriman Qurbanov bu gecə dünyasını dəyişib.
Qeyd edək ki, Nəriman Əhmədağa oğlu Qurbanov 20 oktyabr 1960-cı ildə Bakı şəhərində anadan olub.
O, Əməkdar dövlət qulluqçusudur, uzun illər bir sıra dövlət qurumlarında rəhbər vəzifələrdə çalışıb.
Xatırladaq, N.Qurbanov yazıçı və ssenarist Əhmədağa Muğanlının oğludur.