Modern.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bu gün mövcud qaz sayğaclarının yeni xəttin üzərinə köçürülməsi ilə əlaqədar Corat qəsəbəsində qaz təchizatında müvəqqəti fasilə olacaq.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən Sumqayıt Qaz İstismar Sahəsindən Modern.az-a verilən məlumata görə, saat 12:00-dan etibarən məktəbin yanı – dördyol adlanan ərazidə aparılan işlər səbəbindən 500 abonentin qaz təchizatı işlər tamamlananadək dayandırılacaq.
Qurumdan bildirilib ki, qaz verilişinin bərpası işlər başa çatdıqdan dərhal sonra təmin olunacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.