Bakı. Trend:
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2025-ci il 30sentyabr tarixinə ümumi 3,949 milyard manat həcmində vəsaitiAzərbaycan Respublikasının Mərkəzi Bankına (AMB) transfertedib.
Bu barədə Trend Dövlət Neft Fonduna istinadən xəbər verir.
Ümumilikdə, ARDNF 2025-ci il 30 sentyabr tarixinə ümumi 166,793milyard manat həcmində vəsaiti dövlət büdcəsinə transfertedib.Təkcə bu ilin yanvar-sentyabr ayları ərzində isə Dövlət NeftFondu 2025-ci il büdcəsinin icrası çərçivəsində 10,861 milyardmanat vəsait dövlət büdcəsinə transfert edib.
Əlavə edək ki, bu ilin sentyabr ayının sonuna Azərbaycan DövlətNeft Fondunun (ARDNF) aktivləri 2025-ci ilin əvvəlinə (60,031milyard ABŞ dolları) nisbətən 16,9% artaraq 70,2 milyard ABŞdolları təşkil edib. Eyni zamanda hesabat dövründə AzərbaycanRespublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 13,073milyard manat olub. Bu göstərici ötən ilin eyni dövrü iləmüqayisədə 1,9 milyard manat və ya 12,9% azdır.
Bundan başqa, cari ilin yanvar-sentyabr aylarında Fondun büdcəxərcləri 10,918 milyard manat təşkil edib ki, bu da, illikmüqayisədə 1,3 milyard manat və ya 13,3% çoxdur.
ARDNF 29 dekabr 1999-cu il tarixində tarixli təsis edilib. Fondneft və qazdan əldə edilən gəlirlərin toplanmasını, səmərəli idarəedilməsini və gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusiqurumdur. ARDNF büdcədənkənar, ayrıca dövlət təsisatıdır. ŞəffaflıqARDNF-nin fəaliyyətinin əsas prinsiplərindən biridir. Bu dövrərzində ARDNF institusional cəhətdən yüksək səviyyədə inkişaf edib,beynəlxalq səviyyəli maliyyə təşkilatına çevrilib.