AZ

Danimarka İsrail raketlərindən imtina etdi

BAKI, 24 oktyabr. TELEQRAF

Danimarka Hərbi Hava Qüvvələri İsraildən “Barak MX” raket sistemləri almayacaq.

Teleqraf xəbər verir ki, bu barədə krallığın Müdafiə Nazirliyi məlumat yayıb.

Qurumun press-relizində deyilir ki, bu qərar hərbçilərin tövsiyələri əsasında qəbul edilib.

“Silahlı Qüvvələr komandanlığı yerüstü hava hücumundan müdafiənin inkişafı üzrə aydın hərbi-peşəkar yanaşma hazırlayıb. Silahlı Qüvvələr komandanlığının tövsiyələrinə əməl etməyə hazırıq, beləliklə, ən uyğun sistemləri satın almaq və onların sürətli, effektiv gücləndirilməsini təmin etmək imkanımız olacaq”, — müdafiə naziri Troels Lund Poulsen bildirib.

Danimarka Hərbi Hava Qüvvələri komandanlığı “Barak MX”ə ayrılan resursların yerüstü hava hücumundan müdafiə sisteminin sürətli inkişafı da daxil olmaqla, daha çox birbaşa döyüş gücü tələb edən digər təşəbbüslərə yönəldilməsini tövsiyə edib.

Seçilən
67
teleqraf.com

1Mənbələr