AZ

Deputatlar barəsindəki təhrif olunmuş məlumatlar informasiya təhlükəsizliyinin milli təhlükəsizliyin vacib hissəsi olduğunu göstərir - Ceyhun Məmmədov

Bakı. Trend:

Son günlərdə yayılan bir sıra təxribat xarakterli məlumat vəaçıqlamalar bir daha göstərir ki, informasiya təhlükəsizliyimövzusu təkcə mütəxəssislərin deyil, hər bir vətəndaşımızın diqqətmərkəzində olmalıdır.

Trend xəbərverir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentinbugünkü plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, bu gün informasiya dünyada sadəcəməlumat ötürmə vasitəsi deyil, ən güclü strateji silah kimiistifadə olunur. Bu mənada məlumatların kim tərəfindən, hansıməqsədlə və necə paylaşılması milli təhlükəsizliyimiz üçün həyatiəhəmiyyət daşıyır:

“Bu bir danılmaz faktdır ki, yalan və ya təhrif edilmişməlumatlar təkcə fərdlərin deyil, bütövlükdə cəmiyyətin zərərinəişləyə bilər. Bu gün informasiya müharibəsi adi silahlıqarşıdurmalardan daha gizli, lakin daha təhlükəlidir. Bu güntəəssüf ki, sosial şəbəkələrdə və müxtəlif platformalardaməsuliyyətsiz paylaşımlar etmək, yoxlanılmamış xəbərlər yaymaq adihala çevrilib. Bunu biz ən açıq şəkildə İkinci Qarabağ Müharibəsizamanı da gördük. Ölkəmizə qarşı hərbi əməliyyatlarla yanaşı, güclüinformasiya müharibəsi də aparılırdı. O dövrdə bəzi saxta xəbərlərvə yanlış paylaşımlar cəmiyyətin psixoloji durumuna təsir etmək,ordumuzun iradəsini zəiflətmək və xalqımız arasında çaşqınlıqyaratmaq məqsədi daşıyırdı. Lakin Prezident İlham Əliyevinqətiyyətli mövqeyi, dövlətimizin koordinasiyalı fəaliyyəti və doğruinformasiya axınını təmin etməsi bu cəhdləri boşa çıxardı”.

C.Məmmədovun sözlərinə görə, regionda baş verən proseslər,qlobal güclərin maraqları, ölkəmizə qarşı təxribatçı kampaniyalar,deputatlar barəsində yayılan təhrif olunmuş məlumatlar bir dahagöstərir ki, informasiya təhlükəsizliyi milli təhlükəsizliyinayrılmaz hissəsidir:

“Bu səbəbdən hər bir vətəndaşımız üzərinə düşən məsuliyyəticiddi dərk etməli, paylaşdığı hər xəbərin mənbəyini yoxlamalı,yalnız rəsmi və etibarlı məlumatlara güvənməlidir.

Eyni zamanda təxribat xarakterli yazılara, saxta hesablardanyayılan məlumatlara alət olmamalı, özləri ilə yanaşı,ətraflarındakı insanları da informasiyadan düzgün istifadəyə təşviqetməlidirlər.

Heç kim unutmamalıdır ki, informasiya silahı ya bizim gücümüzəgüc qatır, ya da əleyhimizə çevrilir. Seçim bizim əlimizdədir. Hərbir vətəndaşımız diqqətli olmalı, dövlətimizin maraqlarını,xalqımızın təhlükəsizliyini qorumağı ən ümdə vəzifəsi bilməlidir.Heç kimin ölkəmizin informasiya məkanını çirkləndirməsinə,qələbəmizə xələl gətirməsinə icazə verməməlidir”.

Məqalədə:
Seçilən
62
2
az.trend.az

3Mənbələr