AZ

Turzim Agentliyinə yeni aparat rəhbəri təyin olundu

BAKI, 24 oktyabr. TELEQRAF

Dövlət Turizm Agentliyinə yeni aparat rəhbəri təyin olunub.

Teleqraf xəbər verir ki, bu vəzifə Kənan Əliyevə həvalə olunub.

Qeyd edək ki, o,1993-cü ildə yanvarın 20-də Bakı şəhərində anadan olub.

2009-cu ildə Qərb Universitetinin nəzdindəki orta məktəbi bitirib. 2011-2014-cü illərdə Mançester Universitetinin Biznes məktəbində bakalavr təhsili alıb.

2014-2015-ci illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində İnsan resurslarının idarə edilməsi üzrə magistr təhsili alıb.

2023–2024-cü illərdə İspaniya Krallığının Madrid şəhərində yerləşən İE Universitetinin Biznes məktəbində EMBA proqramı üzrə təhsil alaraq fərqlənmə diplomu ilə məzun olub.

2016–2017-ci illərdə SOCAR-ın İnsan Resursları Departamentində kadrlar üzrə mütəxəssis vəzifəsində çalışıb. 2017–2021-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsində məsləhətçi və aparıcı məsləhətçi vəzifələrində fəaliyyət göstərib.

2021–2022-ci illərdə Dövlət Turizm Agentliyinin Beynəlxalq əlaqələr şöbəsində sektor müdiri vəzifəsində çalışıb.

2022-ci ilin sentyabr ayından 2025-ci ilin avqust ayınadək Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının (UN Tourism) İspaniya Krallığının Madrid şəhərində yerləşən Baş ofisində Bazar araşdırmaları və turizm məhsulları departamentində analitik vəzifəsində çalışıb.

İngilis, rus və ispan dillərində sərbəst danışır.

Seçilən
37
10
teleqraf.com

10Mənbələr